Lorinin Avroviziyadakı qələbəsi ilə eyni gündə Suriyanaın 32 kəfənlənmiş vətəndaşının
çənazəsi həmin ölkədəki iğtişaşlara bir fakt kimi dünya televiziya tamaşaçılarına təqdim
olunanda mən hələ də Afrika əsilli xanımın “Bakı Kristal Zal” səhnəsində təlatümə gələn
hisslərinin təsirindən çıxmamışdım. Mən də eyforiya vəziyyətinə düşüb ğördüklərimə göz
yummaq, ələmdən nəşəyə deyib göylərə qanad açmaq istədim, ancaq ğözüm televiziyayaa
baxırdı, alınmadı. Xocalı faciəsi günlərində cigər paralarının cənazəşi önündə qol qaldırıb rəqs
edən xanımlarımız düşdü yadıma. Xeyr ,onların hisslərini eyforiya adlandırmaq
olmazdı.Görəsən Lorin öz “Eyforiya”sını unudub qadınlarımızın hüququnu müdafiəyə qalxanda
niyə haqları dünya ictimaiyyətinin gözü qarşısında tapdanmış cümlə qadınlarımızın faciəsindən
xəbərsiz kimi görünürdü… Xeyr, siyasət Lorinlik deyil. O, öz “Eyforiya”sı ilə eyforiyada
olanda daha səmimi,daha nurlu idi. Elə həqiqəti bildiyinə görə də, gözəl qəlbinin nəğməsi ilə
qəlblərə məşəlindən işıq verən Makedoniya təmsilcisi Kaliopi sözün həqiqi mənasında hüquq
müdafiəcisi olmasına baxmayaraq Lorinə qoşulmamışdı.BMT-nin qacqınlar üzrə Ali
Kommissarlığının fəxri səfiri,Makedoniya iqtisadiyyatının dünyadakı fəxri səfiri ,humanitar
işlərdə fəal iştirakına görə “Tereza ana”mükafatcısı Kaliopi bir gözünü qara ilə bağladığı
şəkillərinin mənasını jurnalistlərə belə izah etdi :”Mən dünyanı gözümlə deyil, qəlbimlə
görürəm”
İran əsilli Norvec müğənnisi Tooji də hüquq müdafiəcisi idi:” Özümü insanlara həsr edəcəyimi
qərara alanda mən problemin mahiyyətini,mövcud qayda qanunları bilirdim.Amma məni hec
kəs dinləmirdi. Bu məni cox məyus edirdi. Anladım ki,bu işi həyata kecirmək ücün istək yetərli
deyil.Mənə hamının dinləyəcəyi bir səs lazım idi.” “Bakı Kristal Zal”ın səhnəsində o öz atəşini
nəğməsilə belə catdıraraq: “Cığır bağır eşidəndə musiqinin səsini ğücləndirirəm”
Rok ifacısı Maks da(Slovakia) öz ağır roku ilə dünyanın dərdlərini yüngülləşdirmək imkanına
inanaraq öz yazdığı mətnlə məşəlini alovlandırdı səhnədə: “Ehey… cəhənnəmə gedən yol
hardan başlayır? Cavabım budur: mən sarsılanda! Üzülmə! Bütün gecəni dua edib mələkləri
cağır ki,həyatımızın keşiyində dursun”
Parlament Assambleyasının Tallində kecirilən iclaslarına qatılan Millət vəkili Qüdrət
Həsənquliyev xəbər verirdi ki, “Kristal Zal”dakı final gecəsindən hamı heyranlıqla danışır orda.
Estoniya təmsilcisi Ott Laplend isə burda Xocalı qacqınları ilə görüşmüş və bu addımı ilə bir
daha sübut etmişdi ki, “Bakı Kristal Zal” Azərbaycan xalqının rəşadətinin rəmzidir.Təcavüzə
məruz qalan bu xalq silahların gücü ilə deyil,dünyanı xilas edə bilən gözəlliyin sehri ilə müraciət
edir cahana .
2001-ci ildə Estoniya təmsilcisi Kopenhagendə qələbədən sonra ,ölkənin baş naziri Mart Laar
qalibləri kütlə qarşısında salamlarkən belə bir tarixi nitq söyləmişdi:”Biz sovet imperiyasının
əsarətindən mahnı yolu ilə qurtulduq.İndi biz Avropaya yolumuzu mahnı yolundan salacağıq”
Digər Baltikyanı ölkə təmsilcisi Latviyalı Anmari də Azərbaycınlıların qəlbinə yolu mahnıdan
sala bildi; Mətbuat mərkəzindəki ilk konfransdaca bu sarı saclı gözəl gitarasının
müşaiyətilə “Sarı gəlin”mizi oxuyarkən bütün zal ayaq üstə onu alqışladı. İspaniyalı jurnalistlər
isə mətbuat konfranslarının birində mənə aldıqları yeni diski göstərərək bu xüsusda informasiya
istədilər.De-dim ki,bu,dahi bəstəkarımız Üzeyir Hacıbəyovun “Əsli və Kərəm”
operasıdır.Erməni qızı ilə azərbaycanlı aşığın məhəbbətindən bəhs edir. Sonra isə bir şey mənə
qaranlıq qaldı:”niyə axı bu jurnalistlər gedib secib arayıb məhz “Əsli və Kərəm”i alıblar,məgər
mağazada “Leyli və Məcnun” olmayıb… Görünür bura gələnlər cox məlumatlıdırlar
münasibətlərdən,əks halda mənə “Əsli Kərəm”i göstərib fikrimi öyrənmək nəyə lazım idi” deyə
özlüyümdə götür -qoy etdim Bəlkə də bu bir təsadüf idi. Sadəcə “Kristal Zal” da mühafizə
xidmətinin çox ciddi təşkili hər müraciətə qarşı diqqətli olmağı zəruri edirdi. Mən, dünyada hər
il təşkil olunan Avroviziya yarışmalarını işıqlandıran xarici jurnalistlərdən bizim və bu günə
kimi iştirak etdikləri Avroviziyalar arasındakı fərq haqda sual edəndə dedilər ki, fərq sizdə hər
şeyin yüksək səviyyədə təşkil olunmasındadır. Təkcə bir mühafizə xidməti usandırıcıdır,uzun
uzadı yoxlayırlar bizi. Dedim,nə edək,düşmənlərimiz ,gözü götürməyənlər var. Bunun
mənasını “Əsli və Kərəm” operasına maraq göstərən ispan jurnalistləri,yəqin ki,artıq evlərinə
Avroviziya günlərinin sonunda NATO-nun
qayıdıb Avropa Parlamentinin əleyhimizə cıxardığı qətnamə ilə tanış olandan sonar daha yaxşı
anlayacaqlar; Biz Əslini sənət əsərinə cevirib burda yaşadırıq,Avropa Parlamenti isə onun atası
Qara keşişin nifrətini insan haqları adı ilə orda.
İnsan haqları… O bu gün hər yerdə pozulur,Avropada da,Amerikada da,Afrikada da , bizdə də.
Bəs niyə görə Avropa öz qətnaməsində insan haqları vəhşicəsinə pozulan erməni əsirliyindəki
vətəndaşlarımızın deyil, doğma torpaqları əlindən alınan xalqın deyil, digərlərinin haqlarını
müdafiəyə qalxıb… Məqsəd aydındır .Haqqımızı bir birimizdən tələbedərək başlayaq bir
birimizi qırmağa. Mən bu qırğından qorxuram. Çünki İraqda gözümlə görmüşəm ağlar gözlü
anaları…
Avroviziyada Danimarkanı təmsil edən qrupun üzvlərindən biri iraqlı qız idi. Bağdadda
doğulmuşdu. Cörək pulu qazanmaq ücün kücələrdə tamaşalar göstərən atasına kömək etməklə
elə oradaca müğənniliyə başlayan avropalı Soluna Samay və digər millətllərdən yaranan qrupa
qoşulan bağdadlı qızın taleyi ilə maraqlanmağım əbəs deyildi. Belə cıxır ki. siyasətcilərin təkanı
ilə viran qalmış ölkələr tək torpaqdan ibarət deyil,oradan didərgin düşən insanlar dünyanın digər
bir nöqtəsində irqindən.,dinindən asılı olmayaraq digər bəni adəmlərlə can bir qəlb ola bilir.
Qvatemalada doğulub Danimarkada məskunlaşan Soluna 5 dildə danışırdı. “Bakı Kristal Zal”ın
səhnəsində isə nəğməsinə iraqlı qızın dininə məxsus müqəddəs bir kəlmə ilə ucalıq bəxş
etmişdi. Bu “inşallah” idi . Deyim ki, “Avroviziya 2012”-də belə beynəlmiləl qruplar tək deyildi
Belarusiya təmsilciləri Dmitri və Kariakin qardaşlarının Rusiya və İtaliya ilə olan qrupu,Kuba
və Rusiya musiqicilərini bir araya gətirən “Mandinqa “qrupu və s. bu qəbildən idi.
Ümumiyyətlə, millət söhbətinə gəldikdə isə Avropa ölkələri beynəlmiləlliyin sanki bir
Asiya,Afrika nümunəsi idi. Fransa təmsilçisi , dünya şöhrətli Anqan İndoneziya əsilli,Norveçi
təmsil edən Tooji İran əsilli,niderlandlı qız türk əsilli (qeyd edim ki, o öz adını(Aytən) dəyişib
Coan etmişdi),qalib Lorin isə Mərakeş-Bərbər əsilli idi. Bütün bunların siyasi mənası var idi
yoxsa yox,bilmirəm.Ancaq “Braunovskiyi babuşki” Rusiya təmsilcilərindən bir ağbirçəyin
mətbuat konfransındakı “Biz fəxr edirik ki,kiçik bir Udmurt milləti böyük Rusiyanın
təmsilçiləriyik”açıqlaması təsadüf deyildi. Ağbirçək elə ağbirçəkdir də , kiçiyin bura nə
aidiyyatı… Müsabiqədə birincilik ağbirçəklərə deyil, onların kiçikləri Lorinə qismət oldu.O isə
həqiqi mənada öz məşəlini alovlandırdı “Bakı Kristal Zal”ın meydanında:
Biz yüksəklərə,yüksəklərə qalxır,
İlahiyə can atırıq!
oxuya-oxuya,özünün dediyi kimi”Azadlıq” rəqsini oynadı. Kaş bu rəqsi o bizimçün Şuşada,
Cıdır düzündə oynayaydı… Qələbədən sonrakı mətbuat konfransında Lorinə yaxınlaşıb dedim
ki,”məncə sənin ananın xoşbəxtliyi səninkindən artıqdır bu gün” Axı bütün analar balalarının
sevincinə onlardan cox sevinirlər.Lorinin mətbuat konfransına dəvət almış anasının sevincini ,
oğlunu Vətən dərdli görmək istəməyən bir ana olaraq duyub duyğulandım mən.Sonra isə Lorin
jurnalistiəri tərk edəndə, prodüserinin müsahibə verdiyini görüb ona yaxınlaşdım. Lorinə verilən
ağ qızıl güllərdən ibarət böyük gül dəstəsini o, əlində tutmuşdu:” Olar siz Lorinin bayaq şəkil
çəkdirdiyi yerdə əlimdə o,qızıl güllər mənimlə durub şəkil çəkdirəsiniz. Bir anlığa mən Lorin
olum ,siz də mənim prodüserim” O məmuniyyətlə razılıq verdi. Bu anda tanımadığım bir xarici
telereportyor mikrofonu mənə tutub :”Eyforiya deyərsinizmi” təklif etdi.” E Y F O R İ Y A” -
dedim,lakin oxumadım. Çünki Lorin ola bilməzdim. Lorin isə heç vaxt Vətənimi mənim qədər
sevə bilən bir journalist ola bilməyəcək. Heç vaxt!
Sədaqət Kamal. E- mail:
sadagatkamal@YAHOO.COM

No comments:
Post a Comment