(saat 10:00) Təyyarə Kiyev Hava limanında eniş etdi, hər kəs tələsirdi. Kimisə dostu, kimisə valideyinləri, kimise de övladlari gözdüyürdü. Mən isə heç bir yana tələsmirdim çünki məni qarşılayacaq şexs 11:00 da orada olacağını demişdi. Deməli hava limanını gəzməyə vaxtım var idi. Hələ da Bakının abu-havası var idi beynimdə. Kieyevi belə təsəvvür etmirdim, hava limanından düşən kimi, məni hansısa xanımın yanına çağıracağını düşünürdüm. Amma belə olmadı xəyal düşkünlüyünə uğramışdım. Sözü çox uzatmıyım qeydiyyatdan keçib çantalarımı götürdükdən sonra hava limanını tərk etdim saat 10:55 idi. Məni qarşılayacag olan pakistanlı Axmad artığ orada idi, avtomobilə əyləşib Universitete doğru yol aldıq.
Yollar uzanıb gedirdi. Avtomobilin arxa oturacağında oturub ətrafda olub keçənləri müşahidə edirdim. Sovet dövründən qalma yaşayiş binalari ve şəhərin öz keçmişindən qalmış arxitektura nümunələri mənə xeyallarımın ölməməsi üçün güc verirdi. Şəhərin mərkəzindən keçdik, cürbə cür butiklərin, brendlərin və kafelerin reklam tabloları, insan axınının harasa tələsməyi insanda qaynayan şeher fikri oyadırdı. Şəhərin mərkəzindən keçib Universitetə yol aldıq .....
Universitet, şəhərin mərkəzindən 9 (doqquz) metro stansiya aralıda yerləşən Lisova rayonunda yerləşən Kyiv National University of Trade and Economics (КНТЕУ) idi. Görkəmi çox xoşuma gəldi. İri universitet şəhərciyi - idman kompleksi, tələbə yataqxanaları, yeməkxana, böyük futbol meydançasi ve tehsil korpuslarından ibarətdir. Nəysə sənəd işlərimi başa vurdum, 2ci yataqxanadakı otağıma yerləşdim, saat 14:00’u göstərirdi. Birdən mədəmin hezin ve yanğılı səsini eşitdim deyəsən acımışdım. Rayonu gəzib restoranların birində əyləşdim Borş ve Kiyev kotleti sifariş etdim, 10 dəqiqədən sonra sifarişim hazir oldu. Qarnimi doydurub universitet etrafını gəzintiyə cıxdım, əsas marağlandığım mağaza qiymətləri idi. Universitetle üzbə-üz yerləşən adı da heç xoşuma glməyən “Bİ” Marketə daxil oldum qiymətlər həqiqətən məni şoka salmışdı, həddindən artiq aşağı idi. Siqaretin dəmi gəlmişdi, bir kokteyl birdə Marlbro Accent götürüb kassaya yaxınlaşdım, 20 qrivin(2 azn) ödəyib mağazanı tərk etdim. Universitet etrafini gəzməyə davam edirdim, xeyli sayda yaşayiş binaları, boyük “Kiyoto” parkı, Aldo klub birde kinoteatrla rastlaşdım. Rayon çox xoşuma gəlmişdi azərbaycanlılarla taniş olmuyana qədər. Ardı var......

