E Y F OR İ YA (Sədaqət Kamal)




Lorinin Avroviziyadakı qələbəsi ilə eyni gündə Suriyanaın 32 kəfənlənmiş vətəndaşının

çənazəsi həmin ölkədəki iğtişaşlara bir fakt kimi dünya televiziya tamaşaçılarına təqdim

olunanda mən hələ də Afrika əsilli xanımın “Bakı Kristal Zal” səhnəsində təlatümə gələn

hisslərinin təsirindən çıxmamışdım. Mən də eyforiya vəziyyətinə düşüb ğördüklərimə göz

yummaq, ələmdən nəşəyə deyib göylərə qanad açmaq istədim, ancaq ğözüm televiziyayaa

baxırdı, alınmadı. Xocalı faciəsi günlərində cigər paralarının cənazəşi önündə qol qaldırıb rəqs

edən xanımlarımız düşdü yadıma. Xeyr ,onların hisslərini eyforiya adlandırmaq

olmazdı.Görəsən Lorin öz “Eyforiya”sını unudub qadınlarımızın hüququnu müdafiəyə qalxanda

niyə haqları dünya ictimaiyyətinin gözü qarşısında tapdanmış cümlə qadınlarımızın faciəsindən

xəbərsiz kimi görünürdü… Xeyr, siyasət Lorinlik deyil. O, öz “Eyforiya”sı ilə eyforiyada

olanda daha səmimi,daha nurlu idi. Elə həqiqəti bildiyinə görə də, gözəl qəlbinin nəğməsi ilə

qəlblərə məşəlindən işıq verən Makedoniya təmsilcisi Kaliopi sözün həqiqi mənasında hüquq

müdafiəcisi olmasına baxmayaraq Lorinə qoşulmamışdı.BMT-nin qacqınlar üzrə Ali

Kommissarlığının fəxri səfiri,Makedoniya iqtisadiyyatının dünyadakı fəxri səfiri ,humanitar

işlərdə fəal iştirakına görə “Tereza ana”mükafatcısı Kaliopi bir gözünü qara ilə bağladığı

şəkillərinin mənasını jurnalistlərə belə izah etdi :”Mən dünyanı gözümlə deyil, qəlbimlə

görürəm”

İran əsilli Norvec müğənnisi Tooji də hüquq müdafiəcisi idi:” Özümü insanlara həsr edəcəyimi

qərara alanda mən problemin mahiyyətini,mövcud qayda qanunları bilirdim.Amma məni hec

kəs dinləmirdi. Bu məni cox məyus edirdi. Anladım ki,bu işi həyata kecirmək ücün istək yetərli

deyil.Mənə hamının dinləyəcəyi bir səs lazım idi.” “Bakı Kristal Zal”ın səhnəsində o öz atəşini

nəğməsilə belə catdıraraq: “Cığır bağır eşidəndə musiqinin səsini ğücləndirirəm”

Rok ifacısı Maks da(Slovakia) öz ağır roku ilə dünyanın dərdlərini yüngülləşdirmək imkanına

inanaraq öz yazdığı mətnlə məşəlini alovlandırdı səhnədə: “Ehey… cəhənnəmə gedən yol

hardan başlayır? Cavabım budur: mən sarsılanda! Üzülmə! Bütün gecəni dua edib mələkləri

cağır ki,həyatımızın keşiyində dursun”

Parlament Assambleyasının Tallində kecirilən iclaslarına qatılan Millət vəkili Qüdrət

Həsənquliyev xəbər verirdi ki, “Kristal Zal”dakı final gecəsindən hamı heyranlıqla danışır orda.

Estoniya təmsilcisi Ott Laplend isə burda Xocalı qacqınları ilə görüşmüş və bu addımı ilə bir

daha sübut etmişdi ki, “Bakı Kristal Zal” Azərbaycan xalqının rəşadətinin rəmzidir.Təcavüzə

məruz qalan bu xalq silahların gücü ilə deyil,dünyanı xilas edə bilən gözəlliyin sehri ilə müraciət

edir cahana .

2001-ci ildə Estoniya təmsilcisi Kopenhagendə qələbədən sonra ,ölkənin baş naziri Mart Laar

qalibləri kütlə qarşısında salamlarkən belə bir tarixi nitq söyləmişdi:”Biz sovet imperiyasının

əsarətindən mahnı yolu ilə qurtulduq.İndi biz Avropaya yolumuzu mahnı yolundan salacağıq”

Digər Baltikyanı ölkə təmsilcisi Latviyalı Anmari də Azərbaycınlıların qəlbinə yolu mahnıdan

sala bildi; Mətbuat mərkəzindəki ilk konfransdaca bu sarı saclı gözəl gitarasının

müşaiyətilə “Sarı gəlin”mizi oxuyarkən bütün zal ayaq üstə onu alqışladı. İspaniyalı jurnalistlər

isə mətbuat konfranslarının birində mənə aldıqları yeni diski göstərərək bu xüsusda informasiya

istədilər.De-dim ki,bu,dahi bəstəkarımız Üzeyir Hacıbəyovun “Əsli və Kərəm”

operasıdır.Erməni qızı ilə azərbaycanlı aşığın məhəbbətindən bəhs edir. Sonra isə bir şey mənə

qaranlıq qaldı:”niyə axı bu jurnalistlər gedib secib arayıb məhz “Əsli və Kərəm”i alıblar,məgər

mağazada “Leyli və Məcnun” olmayıb… Görünür bura gələnlər cox məlumatlıdırlar

münasibətlərdən,əks halda mənə “Əsli Kərəm”i göstərib fikrimi öyrənmək nəyə lazım idi” deyə

özlüyümdə götür -qoy etdim Bəlkə də bu bir təsadüf idi. Sadəcə “Kristal Zal” da mühafizə

xidmətinin çox ciddi təşkili hər müraciətə qarşı diqqətli olmağı zəruri edirdi. Mən, dünyada hər

il təşkil olunan Avroviziya yarışmalarını işıqlandıran xarici jurnalistlərdən bizim və bu günə

kimi iştirak etdikləri Avroviziyalar arasındakı fərq haqda sual edəndə dedilər ki, fərq sizdə hər

şeyin yüksək səviyyədə təşkil olunmasındadır. Təkcə bir mühafizə xidməti usandırıcıdır,uzun

uzadı yoxlayırlar bizi. Dedim,nə edək,düşmənlərimiz ,gözü götürməyənlər var. Bunun

mənasını “Əsli və Kərəm” operasına maraq göstərən ispan jurnalistləri,yəqin ki,artıq evlərinə

Avroviziya günlərinin sonunda NATO-nun

qayıdıb Avropa Parlamentinin əleyhimizə cıxardığı qətnamə ilə tanış olandan sonar daha yaxşı

anlayacaqlar; Biz Əslini sənət əsərinə cevirib burda yaşadırıq,Avropa Parlamenti isə onun atası

Qara keşişin nifrətini insan haqları adı ilə orda.

İnsan haqları… O bu gün hər yerdə pozulur,Avropada da,Amerikada da,Afrikada da , bizdə də.

Bəs niyə görə Avropa öz qətnaməsində insan haqları vəhşicəsinə pozulan erməni əsirliyindəki

vətəndaşlarımızın deyil, doğma torpaqları əlindən alınan xalqın deyil, digərlərinin haqlarını

müdafiəyə qalxıb… Məqsəd aydındır .Haqqımızı bir birimizdən tələbedərək başlayaq bir

birimizi qırmağa. Mən bu qırğından qorxuram. Çünki İraqda gözümlə görmüşəm ağlar gözlü

anaları…

Avroviziyada Danimarkanı təmsil edən qrupun üzvlərindən biri iraqlı qız idi. Bağdadda

doğulmuşdu. Cörək pulu qazanmaq ücün kücələrdə tamaşalar göstərən atasına kömək etməklə

elə oradaca müğənniliyə başlayan avropalı Soluna Samay və digər millətllərdən yaranan qrupa

qoşulan bağdadlı qızın taleyi ilə maraqlanmağım əbəs deyildi. Belə cıxır ki. siyasətcilərin təkanı

ilə viran qalmış ölkələr tək torpaqdan ibarət deyil,oradan didərgin düşən insanlar dünyanın digər

bir nöqtəsində irqindən.,dinindən asılı olmayaraq digər bəni adəmlərlə can bir qəlb ola bilir.

Qvatemalada doğulub Danimarkada məskunlaşan Soluna 5 dildə danışırdı. “Bakı Kristal Zal”ın

səhnəsində isə nəğməsinə iraqlı qızın dininə məxsus müqəddəs bir kəlmə ilə ucalıq bəxş

etmişdi. Bu “inşallah” idi . Deyim ki, “Avroviziya 2012”-də belə beynəlmiləl qruplar tək deyildi

Belarusiya təmsilciləri Dmitri və Kariakin qardaşlarının Rusiya və İtaliya ilə olan qrupu,Kuba

və Rusiya musiqicilərini bir araya gətirən “Mandinqa “qrupu və s. bu qəbildən idi.

Ümumiyyətlə, millət söhbətinə gəldikdə isə Avropa ölkələri beynəlmiləlliyin sanki bir

Asiya,Afrika nümunəsi idi. Fransa təmsilçisi , dünya şöhrətli Anqan İndoneziya əsilli,Norveçi

təmsil edən Tooji İran əsilli,niderlandlı qız türk əsilli (qeyd edim ki, o öz adını(Aytən) dəyişib

Coan etmişdi),qalib Lorin isə Mərakeş-Bərbər əsilli idi. Bütün bunların siyasi mənası var idi

yoxsa yox,bilmirəm.Ancaq “Braunovskiyi babuşki” Rusiya təmsilcilərindən bir ağbirçəyin

mətbuat konfransındakı “Biz fəxr edirik ki,kiçik bir Udmurt milləti böyük Rusiyanın

təmsilçiləriyik”açıqlaması təsadüf deyildi. Ağbirçək elə ağbirçəkdir də , kiçiyin bura nə

aidiyyatı… Müsabiqədə birincilik ağbirçəklərə deyil, onların kiçikləri Lorinə qismət oldu.O isə

həqiqi mənada öz məşəlini alovlandırdı “Bakı Kristal Zal”ın meydanında:

Biz yüksəklərə,yüksəklərə qalxır,

İlahiyə can atırıq!

oxuya-oxuya,özünün dediyi kimi”Azadlıq” rəqsini oynadı. Kaş bu rəqsi o bizimçün Şuşada,

Cıdır düzündə oynayaydı… Qələbədən sonrakı mətbuat konfransında Lorinə yaxınlaşıb dedim

ki,”məncə sənin ananın xoşbəxtliyi səninkindən artıqdır bu gün” Axı bütün analar balalarının

sevincinə onlardan cox sevinirlər.Lorinin mətbuat konfransına dəvət almış anasının sevincini ,

oğlunu Vətən dərdli görmək istəməyən bir ana olaraq duyub duyğulandım mən.Sonra isə Lorin

jurnalistiəri tərk edəndə, prodüserinin müsahibə verdiyini görüb ona yaxınlaşdım. Lorinə verilən

ağ qızıl güllərdən ibarət böyük gül dəstəsini o, əlində tutmuşdu:” Olar siz Lorinin bayaq şəkil

çəkdirdiyi yerdə əlimdə o,qızıl güllər mənimlə durub şəkil çəkdirəsiniz. Bir anlığa mən Lorin

olum ,siz də mənim prodüserim” O məmuniyyətlə razılıq verdi. Bu anda tanımadığım bir xarici

telereportyor mikrofonu mənə tutub :”Eyforiya deyərsinizmi” təklif etdi.” E Y F O R İ Y A” -

dedim,lakin oxumadım. Çünki Lorin ola bilməzdim. Lorin isə heç vaxt Vətənimi mənim qədər

sevə bilən bir journalist ola bilməyəcək. Heç vaxt!

Sədaqət Kamal. E- mail:
sadagatkamal@YAHOO.COM

Səni sənsiz sevdim....


Bəlkədə qəlbimin dərinliyində,
Səni sevəcəyəm sən biləmsəndə.
Gözlərim hər yerde səni gəzəcək,
Sən məni xəyalda heç görməsən də.

Məhəbbət qəlbimdə bir iz salıbdlr,
Bu elə bir izdir ki, silinmir qalır.
Elə bil ürəkdə od qalanıbdır,
Yoxdur bir çarəsi alışır, yanir.

Dedilər yarıvın qəmzəsi çoxdur,
Dedim qəmzəsiyçün sevirem onu.
Dedilər dərd versə çarəsi yoxdur,
Dedim derd verməz o , bilirəm onu.

Zənn etdim yanılmam bu məhəbbətdə,
Sən demə xülyaymış düşündüklərim.
Düşündüm sevəcək məni əlbətdə,
Sonda yalan çıxdı eşitdiklərim.

Yazıq şair Ədil Nigara bağlı,
Çünki onda qalıb qəlbin parəsi.
Gəzir əvvarə tək ürəyi dağli,
Sevdiyi yarıdır qəlbin çarəsi.

Artıq bir həftədir yuxu görmürəm...


Mən niyə gecələr yatıram bilməm?
Bu istirahətdirmi yoxsa əzabdir?
Bir sən orda idindin, birdə yalnız mən,
Artıq bir həftədir yuxu görmürəm.

Keçdi gözəl günlər, gözəl gecələr,
Realda olmasa, röyada birdik.
Deyirdik sevgimiz biz ölsək ölər,
Artıq bir həftədir  yuxu görmürəm .

Mən sənsiz qalmışam bu qürbət eldə,
Darıxır gözlərim səni görməsə.
Gecələr yorğanı aparır yel də,
Artıq bir həftədir  yuxu görmürəm .

Mən səni harada arayım, sorum?
Axı səndən başqa kimim var mənim.
                                                        De, hansi yuxunda mehmanin olum?
                                                        Artıq bir həftədir  yuxu görmürəm .


                                                         Bicarə qalıbdir Ədil gecələr,
                                                         Səni gözləməkdən gözdə saraldı.
                                                         Zaman ələyindən eşqi gec ələr,
                                                         Artıq bir həftədir  yuxu görmürəm .





                                                          

Foto...

                                           1. Kiyevdə kilsə həyətində.
                                            2. Kiyevdə kilsədə
                                                 3. Kilsədə
                                           4. Kilsədə
                                                5. Kilsədə
                                               6. Kilsədə
                                              7. Drim Taunda mənalı baxışlı meymun
                                                  8. Kiyevin mərkəzi küçələrin birində yaşlı, milli musiqiçi

Bir stəkan kofe, siqaret, Şopen.......


Musiqi səslənir, başlayır konsert,
Yenə də tamaşa, uzun gecədir.
Aktyorlar burda, hər zaman eyni,
Bir stəkan kofe, siqaret, Şopen

Pərdələr açılır, səhnə görünür,
Mənzərəni təsvir edə bilmirəm.
Bir gənc əyləşibdir dostları yalnız,
Bir stəkan kofe, siqaret, Şopen.

Otaq tüstülüdü çox şey görünmür,
Gecələr hər dəyqə küsür-barışır.
Yalnız ondan küsmür onun sevdiyi,
Bir stəkan kofe, siqaret, Şopen.

Bir sima görünür işıq altında,
Deyəsən oynayır son tamaşanı.
İnciyib dostları bu gənc-qocadan,
Bir stəkan kofe, siqaret, Şopen.

Kiyevdəki ilk günüm:) 07.09.11


(saat 10:00) Təyyarə Kiyev Hava limanında eniş etdi, hər kəs tələsirdi. Kimisə dostu, kimisə valideyinləri, kimise de övladlari gözdüyürdü. Mən isə heç bir yana tələsmirdim çünki məni qarşılayacaq şexs 11:00 da orada olacağını demişdi. Deməli hava limanını gəzməyə vaxtım var idi.  Hələ da Bakının abu-havası var idi beynimdə. Kieyevi belə təsəvvür etmirdim, hava limanından düşən kimi, məni hansısa xanımın yanına çağıracağını düşünürdüm. Amma belə olmadı xəyal düşkünlüyünə uğramışdım. Sözü çox uzatmıyım qeydiyyatdan keçib çantalarımı götürdükdən sonra hava limanını tərk etdim saat 10:55 idi. Məni qarşılayacag olan pakistanlı Axmad artığ orada idi, avtomobilə əyləşib Universitete doğru yol aldıq.

Yollar uzanıb gedirdi. Avtomobilin arxa oturacağında oturub ətrafda olub keçənləri müşahidə edirdim. Sovet dövründən qalma yaşayiş binalari ve şəhərin öz keçmişindən qalmış arxitektura nümunələri mənə xeyallarımın ölməməsi üçün güc verirdi. Şəhərin mərkəzindən keçdik, cürbə cür butiklərin, brendlərin və kafelerin reklam tabloları, insan axınının harasa tələsməyi insanda qaynayan şeher fikri oyadırdı. Şəhərin mərkəzindən keçib Universitetə yol aldıq .....

Universitet, şəhərin mərkəzindən 9 (doqquz) metro stansiya aralıda yerləşən Lisova rayonunda yerləşən Kyiv National University of Trade and Economics (КНТЕУ) idi. Görkəmi çox xoşuma gəldi. İri universitet şəhərciyi - idman kompleksi, tələbə yataqxanaları, yeməkxana, böyük futbol meydançasi ve tehsil korpuslarından ibarətdir. Nəysə sənəd işlərimi başa vurdum, 2ci yataqxanadakı otağıma yerləşdim, saat 14:00u  göstərirdi. Birdən mədəmin hezin ve yanğılı səsini eşitdim deyəsən acımışdım. Rayonu gəzib restoranların birində əyləşdim Borş ve Kiyev kotleti sifariş etdim, 10 dəqiqədən sonra sifarişim hazir oldu. Qarnimi doydurub universitet etrafını gəzintiyə cıxdım, əsas marağlandığım mağaza qiymətləri idi. Universitetle üzbə-üz yerləşən adı da heç xoşuma glməyən “Bİ” Marketə daxil oldum qiymətlər həqiqətən məni şoka salmışdı, həddindən artiq aşağı idi. Siqaretin dəmi gəlmişdi, bir kokteyl birdə Marlbro Accent götürüb kassaya yaxınlaşdım, 20 qrivin(2 azn) ödəyib mağazanı tərk etdim. Universitet etrafini gəzməyə davam edirdim, xeyli sayda yaşayiş binaları, boyük “Kiyoto” parkı, Aldo klub birde kinoteatrla rastlaşdım. Rayon çox xoşuma gəlmişdi azərbaycanlılarla taniş olmuyana qədər. Ardı var......

Edil Emin Memmedsoy (Ədil Məmmədli)


Edil Emin Memmedsoy (Ədil Məmmədli) 16.10.1993 Bakı şəhərində dünyaya göz açıb. 2000ci ildə 82 sayli orta pilot məktəbində I sinifə gedib. 2007 ci ildən Mingəçevir Özəl Türk Liseyində orta təhsilini davam etdirib. Bura da onun oxumag alovunu söndürə))) bilmədiyi üçün 2010 cu ildə 299 sayli məktəbə keçib ve orta təhsilini də burada başa vurub. Dalğa Gənclər Hərəkatınım üzvüdür. Kiev Dövlət Ticarət ve İqtisadiyyat Universitetinin tələbəsidir.